Bakıda evlərin bahalaşmasına səbəb qanunda edilən dəyişiklik olub

  • 26.04.2024
  • 75
Bakıda evlərin bahalaşmasına səbəb qanunda edilən dəyişiklik olub

Bakıda fərdi evlərin qiymətinin artmasının səbəblərindən biri qanunsuz tikililərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər olub. Bu qayda nəticəsində təkrar bazara (ikinci əl fərdi evlər) tələbin artması və bunun nəticəsində fərdi yaşayış evlərinin qiymətində artımın müşahidə edilməsi gözlənilir.

Belə ki, icazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elektrik təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur. 

İcazəsiz tikinti aparan şəxslər üçün 2 ildək  müəyyən vəzifə tutma fəaliyyətindən məhrum etmə, 1 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. 

Eləcə də bu cür tikililərin qaz, su, elektrik və kanalizasiya sisteminə qoşulmasına görə, vəzifəli şəxsləri 2-4 min manat məbləğdə cərimə, 3 ildək vəzifə tutma hüququndan məhrum edilmə, 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 

İcazəsiz tikililərin su və qaz təchizatı şəbəkələrinə qoşulması 01.10.2023-cü il tarixdən, elektrik şəbəkəsinə qoşulması isə 01.01.2024-cü il tarixdən qadağan edilib. Başqa sözlə, qanuni prosedurla tikilməyən tikililərə su, qaz və elektrik enerjisinin verilməsi qadağan edilib. Bu qayda nəticəsində təkrar bazara (ikinci əl fərdi evlər) tələbin artması və bunun nəticəsində fərdi yaşayış evlərinin qiymətində artımın müşahidə edilməsi gözlənilir.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller