Kirayə müqaviləsi bağlayarkən nələrə diqqət etməli?

Kirayə müqaviləsi bağlayarkən nələrə diqqət etməli?

Bakıda kiraye menzil bazarı hər il daha da genişlənir. Lakin bir çox hallarda kirayəçilərlə ev sahibləri arasında yaranan anlaşılmazlıqların əsas səbəbi rəsmi müqavilənin düzgün tərtib olunmaması və ya ümumiyyətlə olmamasıdır. Bu səbəbdən kiraye müqavilesi bağlayarkən bir sıra vacib məqamlara diqqət etmək zəruridir. Kiraye münasibətləri yalnız şifahi razılıqla deyil, rəsmi yazılı müqavile əsasında qurulmalıdır. Müqavile həm ev sahibinin, həm də kirayəçinin hüquqlarını qoruyur.

Belə sənəd imzalandıqda tərəflər arasında icarə müddəti, ödəniş məbləği, ödəniş tarixi, kommunal məsuliyyətlər və istifadə şərtləri dəqiq göstərilir.Bu, gələcəkdə yaranacaq mübahisələrdə qanuni sübut kimi çıxış edir və hər iki tərəfi qoruyur.

  1. Kiraye müqavilesi bağlayarkən edilən səhvlər çox zaman diqqətsizlikdən irəli gəlir. Ən geniş yayılan hallara aşağıdakılar daxildir:
  2. Müqavilenin şəxsi imzalarla təsdiqlənməməsi;
  3. Ev sahibinin mülkiyyət sənədlərinin yoxlanmaması;
  4. Əmlakın real vəziyyətinin (mebel, texnika, təmir səviyyəsi) müqavilede qeyd olunmaması;
  5. İcarə müddəti və ödəniş forması haqqında konkret bəndlərin yazılmaması. 

Bu kimi xırda görünən detallar sonradan böyük narazılıqlara və maliyyə itkilərinə səbəb ola bilər.

Kiraye müqavilesi bağlamazdan öncə tərəflər mülkiyyət sənədlərinin surətini, şəxsiyyət vəsiqələrini və mənzilin texniki pasportunu yoxlamalıdır. Həmçinin, ödənişlərin bank köçürməsi və ya qəbzlə aparılması tövsiyə olunur — bu, sonradan icarə haqqının ödənilməsi ilə bağlı sübut kimi istifadə edilə bilər.Peşəkar yanaşma üçün müqavilenin notarial qaydada təsdiqlənməsi də əlavə hüquqi təminat yaradır.

Kiraye müqavilesinin düzgün bağlanması təkcə hüquqi məsələ deyil, həm də maddi və mənəvi rahatlıq deməkdir. Unutmaq olmaz ki, səliqəli hazırlanmış müqavile həm ev sahibinə, həm də kirayəçiyə etibarlı və şəffaf əməkdaşlıq mühiti yaradır.

  • 08.10.2025
  • 42
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller