Bakının bütün rayonlarında mayda daşınmaz əmlak bahalaşıb

Bu ilin may ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər aprel ayı ilə müqayisədə bir qədər də artıb.
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Xəbər verirlər ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma torpaq bazarında müşahidə olunub, eyni zamanda mənzil, qeyri-yaşayış obyektləri və fərdi yaşayış evləri seqmentlərində də artım davam edib.
Aparılan hesablamalara görə, mayda Bakı üzrə torpaq bazarında orta qiymət artımı 2,4 %, yeni tikili mənzillərdə 1 %, köhnə tikili mənzillərdə 1,5 %, tikintinin ilkin mərhələsində olan ("kotlovan") layihələrdə 1,6 %, qeyri-yaşayış obyektlərində 1,5 %, fərdi yaşayış evlərində isə 1,4 % təşkil edib.
Torpaq bazarında ən yüksək artım Xəzər rayonunda qeydə alınıb. Bu rayonda may ayında torpaq qiymətləri 3,6 % yüksəlib. Sonrakı yerlərdə Sabunçu (3,1 %), Suraxanı (2,9 %), Binəqədi (2,7 %) və Qaradağ (2,5 %) rayonları qərarlaşıb. V. Oruc bunu şəhərətrafı ərazilərə marağın artması, fərdi ev tikintisinin genişlənməsi və infrastruktur layihələrinin sürətlənməsi ilə əlaqələndirir.
Yeni tikili mənzillər bazarında ən yüksək aylıq bahalaşma Səbail rayonunda müşahidə olunub. Bu rayonda qiymətlər ötən ay 1,4 % artıb. Yasamal və Nəsimi rayonlarında artım 1,3 %, Nərimanov və Xətai rayonlarında isə 1,2 % olub. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada qiymətlər cəmi 0,5 % yüksəlib.
Köhnə tikili mənzillər bazarında da Səbail lider olub. Rayonda qiymətlər bir ay ərzində 2 % artıb. Nəsimi rayonunda artım 1,9 %, Yasamalda 1,8 %, Binəqədi və Nizami rayonlarında isə 1,7 % təşkil edib. Pirallahı rayonunda köhnə mənzillərin qiymətləri 0,9 % yüksəlib.
Tikintinin ilkin mərhələsində olan layihələrdə ("kotlovan") ən yüksək qiymət artımı da mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda bu seqment üzrə artım 2,3 %, Nəsimidə 2,2 %, Yasamalda 2,1 %, Nərimanov və Xətaidə isə 1,9 % olub. Pirallahı rayonunda isə artım 0,8 % səviyyəsində qalıb.
Qeyri-yaşayış obyektləri bazarında ən yüksək dinamika Səbail və Nəsimi rayonlarında müşahidə edilib. Səbail rayonunda qiymətlər 2,1 %, Nəsimi rayonunda 2 %, Yasamal rayonunda isə 1,9 % yüksəlib. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada artım 0,8 % olub.
Fərdi yaşayış evləri bazarında isə liderlik Xəzər rayonuna məxsus olub. Bu rayonda may ayında qiymətlər 2 % artıb. Sabunçu rayonunda artım 1,8 %, Binəqədi və Suraxanı rayonlarında 1,7 %, Qaradağ rayonunda isə 1,3 % təşkil edib.
Rayonlar üzrə ümumi göstəricilər göstərir ki, mərkəzi rayonlarda mənzil və kommersiya obyektləri seqmenti daha yüksək dinamika nümayiş etdirdiyi halda, şəhərətrafı rayonlarda torpaq və fərdi yaşayış evləri bazarı daha sürətlə bahalaşır. Xüsusilə Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarında qeydə alınan artım bu seqmentin daşınmaz əmlak bazarının əsas lokomotivinə çevrildiyini göstərir.
Mövcud tendensiya ilin sonuna qədər davam edərsə, torpaq sahələri və tikintinin ilkin mərhələsində olan layihələr investorlar üçün ən gəlirli istiqamətlər olaraq qalacaq.
- 11.06.2026
- 55
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
1 900Bugün, 12:46Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
3 otaqlı 126 m² 7/18 mərtəbə -
233 000Bugün, 12:42Satılır Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 140 m² 11/19 mərtəbə -
450 000Bugün, 12:37Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
4 otaqlı 200 m² 8/18 mərtəbə -
950Bugün, 12:32Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 66 m² 15/20 mərtəbə -
82 000Bugün, 12:29Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
3 otaqlı 100 m² -
24 995Bugün, 12:27Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 75.35 m² 15/21 mərtəbə -
30Bugün, 12:26Kirayə (günlük) Həyət evi/villa
Xaçmaz / Nabran ş.
1 otaqlı 50 m² -
150Bugün, 12:23Kirayə (aylıq) Həyət evi/villa
Mərdəkan, Xəzər r.
4 otaqlı 96 m² -
180 000Bugün, 12:23Satılır Həyət evi/villa
Sabunçu r.
7 otaqlı 150 m² -
550Bugün, 12:21Kirayə (aylıq) Yeni Tikili
Xalqlar dostluğu m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 14/14 mərtəbə -
59 000Bugün, 12:20Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
2 otaqlı 50 m² -
37 500Bugün, 12:16Satılır Həyət evi/villa
Koroğlu m., Maştağa qəs., Sabunçu r.
2 otaqlı 50 m² -
1 000Bugün, 12:14Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 65 m² 15/16 mərtəbə -
310 000Bugün, 11:52Satılır Yeni Tikili
İnşaatçılar m., Səbail r.
4 otaqlı 135 m² 21/24 mərtəbə -
75 000Bugün, 11:37Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 5/6 mərtəbə -
650Bugün, 11:31Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 65 m² 7/9 mərtəbə -
178 000Bugün, 11:25Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
3 otaqlı 60 m² 9/9 mərtəbə -
80 000Bugün, 11:13Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 80 m² -
400Bugün, 10:11Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 80 m² -
60 000Bugün, 10:08Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 35 m² 5/6 mərtəbə -
900Bugün, 09:37Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 60 m² 3/22 mərtəbə -
700Bugün, 09:23Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 90 m² 15/18 mərtəbə -
350Bugün, 08:58Kirayə (aylıq) Obyekt
Sumqayıt ş.
80 m² -
200Bugün, 08:48Kirayə (günlük) Həyət evi/villa
İsmayıllı ş.
4 otaqlı 200 m² -
850Bugün, 08:32Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
2 otaqlı 50 m² 8/20 mərtəbə -
180 000Bugün, 08:12Satılır Yeni Tikili
Masazır, Abşeron r.
4 otaqlı 120 m² 1/6 mərtəbə -
115 000Bugün, 03:32Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 120 m² -
160 000Bugün, 03:20Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 55 m² 9/9 mərtəbə -
129 000Bugün, 03:14Satılır Köhnə Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
180Bugün, 01:51Kirayə (günlük) Həyət evi/villa
Naxçıvan MR ş.
5 otaqlı 220 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

