“Muğanbank” ın əmlakları -HƏRRACDA SATILIR

  • 19.04.2024
  • 158
“Muğanbank” ın əmlakları -HƏRRACDA SATILIR

02 may 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Muğanbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

hərraca çıxarılacaq əmlaklar aşağıdakılardır :

1)Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.19888 ha torpaq sahəsində yerləşən 95 nömrəli, 3 mərtəbəli binada 66.5 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 2 saylı mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manatdır.

2)Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.03791 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada 39 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 4 saylı mənzil və  Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.03791 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada 27.5 kv.m ümumi, 19.5 kv.m yaşayış sahəsindən ibarət 9 saylı mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 400.000 (dörd yüz min) manatdır.

Qeyd edək ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller